Sergey Ryabkov: “Heç kim Rusiyaya bir şeyi diktə etmə haqqına sahib deyil”
ABŞ-ın Rusiyanın Ukraynadakı fəaliyyətinə görə əlavə sanksiya tətbiq etmək qərarına cavab olaraq Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın olduqca əhatəli bir cavab verəcəyini söyləyib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mətbuat orqanlarının suallarını cavablandıran Ryabkov ABŞ-ın aldığı qərarın qanunauyğun olmadığını bildirib: "Rusiya üzərində təzyiqi artırmaq üçün alınan sanksiya qərarlarını qəti şəkildə qınayırıq. Təktərəfli sanksiyalar təbii olaraq qanuni deyil. Bu qərarlar beynəlxalq hüququn tələblərinə uyğun olmadığı kimi, dövlətlərarası və beynəlxalq əlaqələrə də uyğun gəlmir".
Ryabkov kimsənin Rusiya ilə sanksiya diliylə danışmağa haqqı olmadığını açıqlayıb: "Biz sanksiyalara qətiliklə cavab verəcəyik. Bunun üçün alınacaq tədbirlər olduqca geniş olacaq. Heç kim Rusiyaya bir şeyi diktə etmə haqqına sahib deyil".
Nazir müavini həmçinin, Ağ Evdən edilən açıqlamaların Vaşinqtonun Ukraynada yaşananları səhv başa düşməsinin göstəricisi olduğunu dilə gətirib.
Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın Ukraynaya davam edən qeyri-qanuni müdaxiləsinə cavab olaraq əlavə sanksiyaların tətbiq olunması qərarını alıb və alınan qərarda Rusiyada Prezident Vladimir Putinə "yaxın olan" yeddi şəxsə və 17 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB