Rəsmi Pekin Rusiyaya sanksiya tətbiq olunmasına qarşıdır

Rəsmi Pekin Rusiyaya sanksiya tətbiq olunmasına qarşıdır

Çin Ukraynada baş verənlərlə bağlı Böyük yeddiliyin Rusiyaya sanksiyalar tətbiq etməsinə qarşı olduğunu bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin spikeri Çin Ganq bu açıqlama ilə Pekin rəhbərliyinin məsələ barədə mövqeyini bildirdiyini deyib.

Spikerin sözlərinə görə, Çin beynəlxalq əlaqələrdə sanksiya tətbiq olunmasına qarşıdır: "Sanksiyaların tətbiqi problemin həllinə yardım etməyəcək, hətta mövcud vəziyyəti daha da gərginləşdirəcək. Düşünürük ki, sanksiyanın tətbiqi tərəflərin mənfəətinə uyğun sistem deyil. Çin tərəfləri dialoq və danışıqlar yolu ilə mövcud fikir ayrılıqlarını həll etməyə çağırır. Ukraynada siyasi yolla məsələnin həlli prosesi başladılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə