Rusiyanın rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq olundu

Rusiyanın rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq olundu

Kanada hökuməti Rusiyanın rəsmi şəxsləri və biznesmenlərinə qarşı sanksiyalar tətbiq edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, siyahıda Rusiya Dövlət Dumasının deputatları Vladimir Jirinovski və Aleksey Puşkov, baş nazirin müavini Dmitri Kozak, Kreml administrasiyası rəhbərinin I müavini Vyaçeslav Volodin, habelə tanınmış iş adamları yer alıb.

Yaponiya hökuməti də Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdiyini bəya edib. Müvafiq siyahıya Rusiya rəsmi strukturlarının 23 nümayəndəsi düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə