"Əgər Rusiya hakimiyyəti hazırda apardığı siyasəti davam etdirsə, biz bir çox sektorlara sanksiyalar tətbiq edəcəyik". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ dövlət katibi Con Kerri verdiyi müsahibələrin birində deyib.
Kerri Rusiyanın enerji, maliyyə və müdafiə sektorlarına sanksiyaların tətbiq ediləcəyinin mükünlüyünü də vurğulayıb: "Hazırda vəziyyət fövqəladə dərəcəyə gəlib çatıb. Əgər Rusiya apardığı siyasətdən geri dönməsə, o zaman ABŞ-ın ona müxtəlif sektorlar üzrə sanksiyalar tətbiq edəcəyi istisna deyil".
Qeyd edək ki, ötən gün ABŞ Rusiyanın 7 vəzifəli şəxsi və 17 şirkətinə sanksiyalar tətbiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB