Böyük Britaniyada uzun müddət işsiz qalanlar üçün yeni işsizlik qanunu qüvvəyə minib.
Qanuna əsasən iki ildən artıq müddətə qeydiyyatdan keçmiş işsizlər onlar üçün təsis edilmiş iş mərkəzini hər gün ziyarət etməli, məvacibsiz işlərdə çalışmalı və işsizlər üçün təşkil edilən təlimlərdə iştirak etməlidirlər. Bu şərtləri yerinə yetirməyənlərin işsizlik maaşları müəyyən müddətə kəsiləcək.
Britaniya hökumətindən verilən açıqlamada yeni qanunun işsizlərə kömək məqsədi ilə qəbul edildiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB