“Altı aprel” qadağan edilib

Qahirənin təxirəsalınmaz işlər üzrə məhkəməsi ölkənin sabiq prezidenti Hüsni Mübarəkin devrilməsində əsas rollardan birini oynamış "Altı aprel" gənclər hərəkatının fəaliyyətini qadağan etmək və onun əmlakını müsadirə etmək barədə qərar qəbul edib.

Məhkəmə qərarına görə, inqilbi hərəkat casusluqda və xaricdə Misirin obrazını təhrif etməkdə ittiham olunur.

"Altı aprel" hərəkatı prezident Hüsni Mübarəkin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnmiş 2011-ci il inqilabının hərəkətverici qüvvələrindən biri olub. Gənclər qruplaşması hazırda ölkənin indiki iqtidarına da müxalif vəziyyətdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə