Suriyada vətəndaş müharibəsinin davam etməsi səbəbi ilə ölkədən qaçaraq Türkiyəyə pənah gətirənlərin sayı günü-gündən artır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Reyhanlı əyalətindəki Cilvegözü sərhəd keçid məntəqəsindən gün ərzində 1000-dən çox insan Suriyadan Türkiyə ərazisinə keçir.
Məlumata əsasən, Hələb, Həma, Həmas və İdlib şəhərində gedən qarşıdurmaların şiddətlənməsi səbəbi ilə ölkədən qaçanların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB