Ukraynanın Donetsk şəhərində Rusiya tərəfdarı separatçı qruplar yerli bir televiziya binasını işğal edərək kanalın rusca fəaliyyət göstərməsini istəyiblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəhərin digər ictimai binalarını işğal edən silahlı qruplar burada da müstəqillik elan ediblər. İşğalçılara dəstək verən təxminən 400 nəfər Rusiya lehinə şüarlar səsləndirərək referendum keçirilməsini tələb ediblər.
Ukraynanın şərqinə göndərilən ancaq girov götürülən 8 nəfərlik Avropa Birliyi müşahidəçi heyətinin isveçli üzvünün sağlamlıq problemləri olduğu üçün sərbəst buraxılıb.
Xatırladaq ki, Cenevrə razılaşmasına əsasən təşviqat işləri aparmaq üçün iğtişaşların davam etdiyi bölgəyə göndərilən müşahidəçi heyət 3 gün əvvəl silahlı qruplar tərəfindən qaçırılıb.
Ölkənin digər şəhəri Xarkovda isə Rusiya tərəfdarlarıyla əleyhdarları arasında qarşıdurma yaşanıb. Polis iki qrupu ayırmağa çalışıb. Atılan çubuq, daş və fişənglər nəticəsində bəzi aktivistlər ağır yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB