"Kabus" geri qayıdır DİQQƏT!

Dünya Səhiyyə Təşkilatının baş katibi Naronq Sahamethapat Tailandda 30 min 24 nəfərin H1N1 virusu ilə bağlı xəstəxanalara müraciət etdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş katib cari ildə 50 nəfərin məhz donuz qripindən həyatını itirdiyini bildirib.

"Qonşu ölkələrdə donuz qripindən ölüm nisbəti mində bir olsa da, Tailandda hər 600 nəfərdən biri bu qripdən ölür. Ötən il bu ölkədə H1N1 virusundan ölən olmayıb. Cari ilin ilk 4 ayında 50 nəfərin ölməsi isə qripin yenidən yayılması barədə xəbərdarlıqdır. "H1N1 virusu digərlərinə nisbətdə çox güclüdür. Tailand xalqının çox az hissəsinin immunitet sistemi bu virusa dözə bilər. Görülən tədbirlər nəticəsində həftə ərzində bu virusla əlaqədar xəstəxanalara müraciət edənlərin sayı 2 min 500-ə enib. Lakin hələ də təhlükə davam edir" – deyə Naronq əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə