Krımda yaşayan Ukrayna vətəndaşları ölkənin digər hissəsində istənilən seçki məntəqəsində səsvermədə iştirak edə biləcəklər. SİA-nın xəbərinə görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Andrey Magera bildirib.
Səsvermədə iştirak üçün onlara mayın 20-dək müvafiq seçki komissiyasına ərizə ilə müraciət etməlidirlər.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri mayın 25-nə planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB