Vitali Çurkin: “Qərb anlamalıdır ki, çox dərinə gedib” SİYASİ BÖHRAN

Rusiya Ukraynada keçiriləcək prezident seşkilərinin tanınmasına tələsmir
Vitali Çurkin: “Qərb anlamalıdır ki, çox dərinə gedib” SİYASİ BÖHRAN

"Rusiya Ukraynada keçiriləcək prezident seçkilərinin nəticələrini tanıyıb-tanımayacağı haqqında fikir bildirməyə tələsmir". SİA xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bəyan edib. Belə ki, o, Ukrayna tərəfini Cenevrə razılaşmalarına əməl etmədiyini bildirib. "Rəsmi Moskvanın prezident seçkilərini tanıması Ukraynanın Şərqində yaranan qarşıdurmaların deslakasiyası nəticəsində baş verə bilər"-deyə qeyd edən Çurkin hədələyici bəyanat da səsləndirib.

"Seçkilərin hansı şəraitdə və necə keçiriləcəyinə öz qiymətimizi verəcəyik. Əgər həmin ərəfədə də tanklar atəş açacaqsa, onda bu absurddur. Ancaq hələlik, biz qəti şəkildə fikir bildirməyə, nəticə çıxarmağa tələsmirik", deyən Vitali Çurkin əlavə edib ki, Kiyev sözügedən situasiyada Şərqdə baş verən hadisələrin deslakasiyası üçün daha çox addım atmalı olan tərəfdir: "Onlar Şərqdəki nümayişçilərə güc tədbiq etməkdən əl çəkməli, "Sağ sektor"-u buraxmalı, zəbt etdikləri administrativ binaları boşaltmalıdırlar. Lakin ən əsası, Kiyev Şərqlə dialoqa getməlidir. Ancaq onlar hələlik barmağı-barmağa belə toxundurmayıblar".

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Qərbi də ittiham edərək, hədələməkdən çəkinməyib. O, bldirib ki, Qərb bu məsələdə şox dərinə gedib: "ABŞ Rusiyaya qarşı həddən zitadə təzyiqlər göstərməyə çalışır. Ona görə də çalışırıq ki, Qərb bu addımlarında ehtiyatlı davranın".

Xatırladaq ki, bir müddət öncə Ukraynanın baş naziri Aarseniy Yatsenyuk bəyan etmişdi ki, Rusiya Ukraynada keçiriləcək prezident seçkilərini pozmağa cəhd edir və bununla da bütün Ukraynanı öz nəzarəti altına alaraq işğal etməyə çalışır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə