ABŞ-da nəşr olunan "Time" jurnalı Yaponiyanın Baş naziri Şinzo Abeni 2014-cü ilin ən nüfuzlu şəxsiyyətləri siyahısına daxil edib.
Jurnal 2004-cü ildən başlayaraq hər il belə şəxsiyyətlərin siyahısını dərc edir.
Jurnal Ş.Abenin şəxsiyyəti barədə ABŞ-ın maliyyə naziri Cek Lyunun fikirlərini verib. C.Lyu Ş.Abenin "Abeekonomika" adı ilə tanınmış iqtisadi islahatlarını nümunə göstərərək, Yaponiyanın Baş nazirini Asiya regionunun ən cəsarətli islahatçısı adlandırıb.
C.Lyu, həmçinin bildirib ki, Ş.Abenin Baş nazir seçilməsi Yaponiyanın bütün dünyaya iqtisadi mövqelərini qaytarmaq niyyətində olduğunu nümayiş etdirmək istəyindən irəli gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB