Yaponiyada qiymətlə artır

Aprel ayında Tokioda istehlak qiymətləri son 20 ildə görünməmiş sürətlə artıb.

Yaponiyanın Ümummilli İşlər Nazirliyinin məlumatında bildirilir ki, ilkin hesablamalara görə Tokioda istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artıb. Həmin göstərici 12 aydır ki, dayanmadan yüksəlir. Bu indeks təzə ərzaq mallarının dəyişən qiymətlərini nəzərə almır.

Qiymətlərin artımına səbəb kimi aprelin 1-dən istehlak vergisinin 5 faizdən 8 faizə qaldırılması göstərilir.

Yaponiya Bankının mütəxəssislərinin rəyinə görə, istehlak vergisinin artırılması Tokioda istehlak qiymətlərinin təqribən 1 faiz artmasına gətirib çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə