Braziliya internet istifadəçilərinin hüquqlarının qorunması haqqında qanun qəbul edib
Braziliya Prezidenti Dilma Rusef İnternet haqqında "Marco Civil bill" adlanan qanun imzalayıb.
Qanun internet istifadəçiləri və provayderlərinin hüquqlarını qorumaq, şəbəkə neytrallığı prinsiplərini təmin etmək və açıq hökumətin inkişafına zəmin yaratmaq məqsədi daşıyır. Sənədlə internet şirkətlərinin toplaya və saxlaya bildikləri istifadəçi məlumatlarının kateqoriyası məhdudlaşır.
Əksər beynəlxalq internet mütəxəssisləri Braziliyanın qəbul etdiyi qanununu dəstəkləmişlər. "Ümumdünya Hörümçək Toru"nun (WWW) müəllifi Tim Berners-Li qeyd edib ki, bu sənəd beynəlxalq şəbəkənin tənzimlənməsi üçün əsas ola bilər.
Qeyd edək ki, qanunun məzmunu ilə bağlı mübahisələr dörd ildən çox davam edib. Sənəd üzərində iş 2009-cu ildən Braziliya Ədliyyə Nazirliyi və Hüquq Universiteti nəzdindəki Texnologiya və Cəmiyyət Mərkəzi tərəfindən aparılıb. 2011-ci ildə qanun layihəsi hökumət və prezident tərəfindən təsdiq edilsə də, Milli Konqres son nəticədə onu qəbul etməyib.
ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden internet istifadəçilərinin Milli Təhlükəsizlik Agentliyi tərəfindən izlənməsi ilə bağlı açıqlamalar verdikdən sonra Prezident Dilma Rusef qanunu Braziliya hökuməti üçün prioritet elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB