Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

ABŞ prezidenti Barak Obama, Fransanın prezidenti Fransua Ollan, Böyük Britaniya və İtaliyanın baş nazirləri Devid Kemeron və Matteo Rensi, habelə Almaniyanın kansleri Angela Merkel Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinin lehinə çıxış ediblər. Bu barədə Yelisey sarayının rəsmi saytında məlumat yayılıb.

"Dövlət və hökumət başçıları "Böyük yeddilik" ölkələrini baş verənlərə cəld reaksiya göstərməyə çağırıb və beynəlxalq ictimaiyyət tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsinin mümkünlüyünü qeyd ediblər", - sənəddə bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə