Davudoğlu: “Türkiyənin bəyanatı Ermənistana yox, ermənilərə ünvanlanıb”
"Türkiyə hökumətinin 1915-ci ildə baş verənlərlə bağlı verdiyi bəyanatı və başsağlığı Ermənistana yox, ermənilərə ünvanlanıb". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yerli kanalların birində çıxış edərkən deyib.
Ümid edirik ki, bu tarixi addım Ermənistan-Türkiyə münasibətlərinin gələcək inkişafına yardım edəcək
Qeyd edək ki, Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb. Sülh mesajında tarixdə baş vermiş hadisələrin əsiri olmamağın və ortaq gələcəyin qurulması üçün zəmin yaratmağın vacibliyi bildirilib. Mesajda 1915-ci il hadisələrinin sadəcə ermənilər üçün deyil, eyni zamanda, ölkədə yaşayan ərəblər, kürdlər və digər etnik millətlər üçün ağır bir dövr olduğu bildirilir: "Lakin 1915-ci il hadisələrindən siyasi təzyiq aləti kimi Türkiyə əleyhinə istifadə edilməsi qeyri-mümkündür. 1915-ci il hadisələri hamımızın ortaq acısıdır".
Yayımlanan mesajda o da qeyd olunur ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarixi komissiyanın yaradılmasını dəstəkləyir və 1915-ci il hadisələrində ölən vətəndaşların, o cümlədən ermənilərin ailə üzvlərinə Türkiyə adından başsağlığı verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB