Ukraynada partlayış baş verib. Nəticədə 7 nəfər yaralanıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən hadisənin Odessa vilayətində yerləşən blokpostlardan birində baş verdiyi qeyd olunub.
DİN-in verdiyi məlumatda həmçinin qeyd olunub ki, insident nəticəsində yaralanlardan biri polis əməkdaşı olub.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Səbəblər hələ ki açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB