İsveçə “göz dəyib”?

İsveçdə pensiyaların məbləği sürətlə azalır. Hesablamalara görə, ölkədə pensiyalar son illərdəki sürətlə azalmağa davam etsə, 1995-ci ildə anadan olmuş isveçlilərin pensiyası onların məvacibinin yalnız 41 faizini təşkil edəcək.

Statistika məlumatlarına görə, 1946-cı ildə anadan olan isveçlilərin pensiyasının məbləği, orta hesabla, onların məvacibinin 77 faizini təşkil edir. Müqayisə üçün deyək ki, 1938-ci təvəllüdlü isveçlilər öz məvaciblərinin 86 faizi qədər pensiya alırlar.

Qeyd edək ki, söhbət "ümumi pensiyadan" gedir. Buna görə də "xidməti pensiyanın", yəni pensiyanın iş stajından asılı olan hissəsi artır. Ömür müddəti artdıqca, ümumi pensiya azalacaq. Lakin vətəndaş indiki kimi 65 yaşına kimi deyil, 69 yaşına qədər işləsə, onda gələcək pensiyanın məbləği yüksək olacaq.

Xatırladaq ki, İsveçdə hər hansı digər gəlir kimi pensiyalardan da vergi tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə