Çavuşoğlu: “Tarixdə ölkə ərazisində yaşayan ermənilərə qarşı heç bir soyqırım olmayıb”

Çavuşoğlu: “Tarixdə ölkə ərazisində yaşayan ermənilərə qarşı heç bir soyqırım olmayıb”

"Türkiyə qondarma "erməni soyqırımı"nı tanımır". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri və danışıqlarda nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, tarixdə ölkə ərazisində yaşayan ermənilərə qarşı heç bir soyqırımı olmayıb: "1915-ci il hadisələrində ermənilərlə yanaşı türklər, ərəblər və kürdlər də həlak olublar".

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib.

Bütün xəbərlər Facebook səhifəmizdə