Qatar qəzasında 50 sərnişin həlak olub

Qatar qəzasında 50 sərnişin həlak olub

Konqonun cənub-şərqində qatar qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində 50 sərnişin həlak olub. Konqo Dəmir Yolları İdarəsinin rəsmisi Fernandez Tshibondo bildirib ki, qəzaya Katongola stansiyası yaxınlığında yük qatarının relsdən çıxması səbəb olub.

Hökumət spikeri Lambert Mende isə deyib ki, əldə olunan son məlumatlara əsasən qəza nəticəsində 50 nəfər ölüb, çox sayda yaralı var: "Ölü sayının artacağı istisna edilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə