Putin Ukraynanın antiterror əməliyyatına cavab verdi

Putin Ukraynanın antiterror əməliyyatına cavab verdi

"Ukraynanın həyata keçirdiyi antiterror əməliyyatı onun öz xalqına qarşı törətdiyi çox böyük cinayətdir". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Kiyev hakimiyyətinin Ukrayna daxilində əhaliyə qarşı ordudan istifadənin RF ilə Ukrayna arasında dövlətlərarası münasibətlərə təsiri olacaq: "Bu qərar son mərhələ olmasa da, onu qəbul edən insanlar və dövlətlərarası münasibətlər üçün nəticəsiz olacaq cəza əməliyyatıdır".

Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyi Ukraynanın Slavyansk şəhərində antiterror əməliyyatlarına başladığı ilə bağlı məlumat yayıb. Əməliyyat nəticəsində qanunsuz silahlı qruplaşmaların 3 blok-postu dağıdılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə