“Ermənistan türk cəmiyyətinə düşmən kimi baxmır”

“Ermənistan türk cəmiyyətinə düşmən kimi baxmır”

Ermənistan türk cəmiyyətinə düşmən kimi baxmır. Bunu Ermənistan prezidenti Serj Sarkisyan aprel ayının 24-də qondarma "erməni soyqırımı" ilə əlaqədar çıxışında bəyan edib.

"Ermənilər o ağır günlərdə qonşularına və dostlarına kömək əllərini uzadan, talançıların caynağından erməni uşaqlarını xilas edən türkləri, türk ailələrini unutmurlar", deyə Sarkisyan bildirib.

Qeyd edək ki, aprelin 23-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlama ilə çıxış edərək əsrin əvvəllərində ölən ermənilərin nəvələrinə başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə