Rusiyanın Krımı işğal etməsi və Ukraynadakı böhranın dərinləşməsi köhnə Sovet ölkələrində narahatlıqlara səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Parlamentdə çıxış edən Moskvanın yaxın müttəfiqlərindən olan Belarusiya Dövlət Başçısı Aleksandr Lukaşenko Rusiyanın qədim tarixi hökmranlığını bölgədə yenidən qurmağa çalışdığını söyləyib: "Hər hansı bir geo-siyasi məsələ, xüsusilə də Şərqi Avropada baş verənlər bizə də mütləq təsir edəcək. Belə bir vəziyyətdə ölkəmizin müstəqilliyi kimi əhəmiyyətli dəyərlərimizi qorumağa çalışmalıyıq. Öz torpaqlarımızda yaşamaq hüququna və öz taleyimizi seçmə haqqına sahibik".
Lukaşenko, Rusiyaya xəbərdarlıq xarakterli çıxışında Ukraynada yaşanan hadisələrin öz ölkəsinə təsir edəcəyi vəziyyətdə ölkəsinin mənafeyini qoruyacağı mesajını verib.
Beynəlxalq arenada Rusiyameyilli bir siyasət yürüdən və Moskva ilə yaxın əlaqələr quran Belarus, enerji və ticarətdə əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB