Dünyanın tanınmış "Google" axtarış sistemi Türkiyə üçün növbəti jestini edib. SİA-nın xəbərinə görə, axtarış sistemi olan "google" bu gün qardaş ölkədə keçirilən "Milli Suverenlik və Uşaq Bayramı" (23 nisan ulusal egemenlik ve çocuk bayramı) üçün xüsusi doodle hazırlayıb.
"Bu günün uşaqları sabahın böyükləridir" deyən Mustafa Kamal Atatürk bayram ərəfəsində dövlət idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Hər il aprelin 23-də Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, habelə bələdiyyə sədrləri ilə kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunmuş uşaqlardan birinə verir, onların bu vəzifədə qərar və göstərişlərinə riayət olunur.
Qeyd edək ki, "23 aprel" dünyada keçirilən ilk uşaq bayramıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB