Ukraynanın şərqində xüsusi əməliyyat bərpa olunur

Ukraynanın şərqində xüsusi əməliyyat bərpa olunur

Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov güc strukturlarından ölkənin şərqində xüsusi əməliyyatın bərpa olunmasını tələb edib. Bu barədə Ali Radanın mətbuat xidmətinin açıqlamasında bildirilib.

"Mən güc strukturlarından Ukraynanın şərqində yaşayan ölkə vətəndaşlarının terrorçulardan qorunması üçün qəti antiterror tədbirlərinin başlanmasını və həyata keçirilməsini tələb edirəm", deyə Turçinov bəyan edib.

Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Marina Ostapenko bundan əvvəl bildirib ki, əməliyyata son qoyulmayıb, sadəcə onun aktiv mərhələsi bayramlara görə müvəqqəti dayandırılıb.

Xatırladaq ki, Donetsk vilayətinin şimalında xüsusi əməliyyat Turçinov tərəfindən aprelin 15-də elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə