ABŞ Ukraynaya 50 milyon dollar yardım ayırdı

ABŞ Ukraynaya 50 milyon dollar yardım ayırdı

ABŞ Ukraynaya siyasi və iqtisadi islahatlar üçün 50 milyon dollar yardım edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Joe Biden Ukraynanın paytaxtı Kiyevdə siyasətçilərlə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya da Ukraynadakı gərginliyi aradan qaldırmaq üçün müəyyən manevrlər etməlidir: "ABŞ Ukraynada aparılacaq siyasi və iqtisadi islahatlar üçün Kiyevə 50 milyon dollar ayırıb. Yardımın bir qismi 25 may tarixində Kiyevdə keçiriləcək prezident seçkiləri üçün istifadə ediləcək, digər qismi isə Ukraynanın enerji sahəsində Rusiyadan asılılığının azaldılmasına xərclənəcək".

Qeyd edək ki, bir müddət öncə Ağ Ev Ukraynaya 8 milyon dollar dəyərində hərbi təchizat yardımı edəcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə