Barak Obama sabah Asiya turnesinə çıxır

Barak Obama sabah Asiya turnesinə çıxır

ABŞ prezidenti Barak Obama sabah Yaponiya, Cənubi Koreya, Malayziya və Filippini əhatə edən Asiya turnesinə çıxacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu turne Obamanın Yaponiyaya ilk rəsmi səfəridir. 23-29 aprel tarixlərində baş tutacaq səfər Obamanın prezidentliyi dövründə Asiyaya edəcəyi 5-ci ziyarətidir.

ABŞ mətbuatı yazır ki, Obama bu səfərləri 2013-cü ilin sonunda reallaşdırmalı idi. Lakin müəyyən səbəblərdən səfərlər nəzərdə tutulan vaxtda baş tutmayıb. ABŞ prezidentinin sabahdan etibarən başlayacaq səfərləri təxirə salınmış ziyarətləri kompensasiya etmək məqsədini daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə