Gəmi qəzasında ölənlərin sayı 104-ə çatıb

Gəmi qəzasında ölənlərin sayı 104-ə çatıb

Ötən həftə Cənubi Koreyada baş verən gəmi qəzasında ölənlərin sayı 104-ə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sudan çıxarılan cəsədlər öncə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır. Cəsədlərin şəxsiyyətləri təyin olunduqdan sonra cənazə mərasiminin keçirilməsi üçün yaxınlarına təslim edilir.

Qəza nəticəsində itkin düşənlərin sayı isə 200 nəfərdir. Hazırda itkin düşənlərin axtarışı ilə bağlı əməliyyatlara 550 dalğıc, 212 gəmi və 34 təyyarə cəlb olunub.

Qeyd edək ki, aprelin 16-da Cənubi Koreyada göyərtəsində 472 nəfər olan gəmi batıb. "Sevol" adlı gəmi İnçxon limanından Çedju adasına doğru hərəkət edirdi. Gəminin sərnişinlərinin əsas hissəsi tələbələr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə