Cozef Bayden Ukraynaya gedir

ABŞ vitse-prezidenti Cozef Bayden Ukraynanın şərqində yaranana vəziyyəti, növbədənkənar prezident seçkilərini və iqtisadiyyatla bağlı məsələləri müzakirə etmək üçün bu ölkəyə səfər edəcək. SİA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, səfər aprelin 21-22-də baş tutacaq.

Səfər çrçivəsində həmçinin ABŞ vitse-prezidentinin iştirakı ilə Ukraynanın enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində məsləhətləşmələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə