Ötən il Türkiyədə 42 min 655 adda kitab yayımlanıb

Ötən il Türkiyədə 42 min 655 adda kitab yayımlanıb

Ötən il Türkiyədə 42 min 655 adda kitab yayımlanıb. Bu göstərici 2012-ci illə müqayisədə 11,1 faiz çoxdur.

Türkiyə Statistika Təşkilatının (TİK) yaydığı məlumatda bildirilir ki, hesabat dövründə ölkə üzrə 1981 adda elektron kitab (DVD, CD), 13 min çeşiddə kitab kaseti, 21 növdə xəritə və 385 digər elektron vəsait oxucuların görüşünə gəlib.

Kitabların 91 faizi türk, 5,5 faizi ingilis, digərləri isə başqa dillərdə hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə