Avstriyada yaşayan 15 yaşlı Sabina Salimovic və 16 yaşlı Samra Kesinovic adlı iki rəfiqə Suriyada yaşanan qarşıdurmalarda iştirak etmək üçün aprelin 10-da evdən qaçıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, hazırda İnterpol iki gənc qız barədə axtarış elanı verib.
Rəfiqələr ailələrinə məktub yazaraq Suriyadakı döyüşlərə qatılacaqlarını bildiriblər. İlkin məlumatlara əsasən onlar Suriya sərhəddinə Türkiyə ərazisindən keçiblər.
Bosniya əslli iki gənc qız Suriyada əllərində silahla çəkilmiş fotoları ilə ortaya çıxıblar. Onlar öz şəkillərini sosial şəbəkədə paylaşaraq suriyalı gənclərlə ailə qurduqlarını qeyd ediblər: "Bu günə qədər Vyanada yaşadıq. Ancaq biz indi Suriyada olmalıyıq. Tanrı bizi bura çağırdı. Suriyada ailə qurduq, cihadın sonuna qədər burda olacağıq. Cənnətdə görüşərik".
Hazırda gənc qızların ailələri İnterpol vasitəsilə rəfiqələrin evə qayıtmasını gözləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB