Övladını "online" oyuna qurban etdi DƏHŞƏT

Övladını "online" oyuna qurban etdi DƏHŞƏT

Cənubi Koreyanın Daequ şəhərində "online" oyun həvəskarı olan 22 yaşlı Chung Cu 2 yaşlı oğlunun ölümünə səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, övladının cəsədini bir ay evində saxlayan ata cəsədi çantaya qoyaraq evdən uzaqlaşıb. Daha sonra o, cəsədi zibil yeşiyinə atıb. Polisin apardığı xüsusi əməliyyat nəticəsində oğlunu 10 gün müddətində aç və susuz saxlayan ata onu öldürməkdə günahlandırılıb.

Polis rəisi Kvon Chang-yun mətbuata açıqlamasında deyib ki, polisin hadisədən qonşuların müraciəti əsasında məlumatı olub: "Chung 10 gün müddətində evdən çıxmayıb. Qonşular onun hər gün evin həyətində oynayan oğlunu 10 gün müddətində görməyincə təlaşlanıblar. Nəhayət oyunun sonuna çatan ata oğlunun öldüyünü görüb. O qonşuları şübhələndirməmək məqsədilə oğlunun cəsədini çantaya qoyaraq zibil yeşiyinə atıb. Polisin axtarışları nəticəsində baş verən hadisədən bir ay sonra uşağın çürümüş cəsədi tapılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə