Moldova Türkiyənin dostluq köməyinə bel bağlaya bilər

Moldova Türkiyənin dostluq köməyinə bel bağlaya bilər

Türkiyə Moldova Respublikası ilə hərbi sahədə səmərəli tərəfdaşlığı davam etdirməkdə maraqlıdır. Bu məqsədlə hər iki ölkənin orduları üçün faydalı layihələr müəyyən edilməlidir.
Türkiyənin Kişinyevdakı səfiri Məhmət Səlim Qartal bu fikri Moldova Respublikasının müdafiə naziri Valeriu Troyenko ilə işgüzar görüşdə söyləyib.
Hərbi sahədə ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşməsi naminə hər iki ölkənin üstünlük verdiyi məqamlar müzakirə edilib.
Moldova Respublikasının müdafiə naziri Türkiyənin müvafiq müəssisələrində, xüsusən Ankaradakı "Sülh naminə tərəfdaşlıq" regional tədris mərkəzində Moldova milli ordusunun hərbi qulluqçularının ixtisas səviyyəsini artırmaq imkanı yaradılmasına görə müsahibinə təşəkkürünü bildirib: "Biz Türkiyənin elit hərbi məktəblərində təhsil almış moldovalı zabitlərin və kiçik zabit heyətinin hazırlıq səviyyəsini yüksək qiymətləndiririk. Onlar Türkiyədən qayıtdıqdan sonra Moldova milli ordusunda müasir standartlar, ölkənin müdafiə sisteminin inkişafına yönəlmiş nailiyyətlər və layihələr tətbiq edirlər".
Səfir öz növbəsində bildirib ki, Moldova Respublikası Türkiyənin dostluq köməyinə bel bağlaya bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə