ABŞ İranın 450 milyon dollarlıq aktivlərinin dondurulmasını ləğv edib
ABŞ hakimiyyəti Tehranın BMT Təhlükəsizlik Şurasının daimi beşliyi və Almaniya ilə razılaşmanın növbəti şərtlərini yerinə yetirməsi ilə əlaqədar İranın əvvəllər bloklanmış aktivlərinin daha bir hissəsinin dondurulmasını ləğv edib.
Bu barədə ABŞ dövlət departamenti mətbuat xidməti rəisinin müavini xanım Mari Harf məlumat verib.
O, bildirib ki, 450 milyon dollar məbləğində aktivlər blokdan çıxarılmışdır.
M.Harf deyib: "Biz Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktorunun bu qurumun rəhbərləri şurasına hesabatını görmüşük. Hesabatda təsdiq edilir ki, İran 20 faiz səviyyəsinədək zənginləşdirilmiş uranın razılaşdırılmış miqdarının "durulaşdırılması" ilə bağlı işləri tam yerinə yetirmişdir".
Onun sözlərinə görə, MAQATE-nin rəhbərinin hesabatını nəzərə almaqla, "ABŞ-ın mailyyə nazirliyi Birgə Fəaliyyət Planına uyğun olaraq, İranın 450 milyon dollar həcmində "dondurulmuş" avuarlarının bir hissəsinin azad edilməsinə kömək göstərilməsi üçün vacib addımlar atıb.
ABŞ-ın dövlət katibi Con Kerrinin yanvarda elan etdiyi kimi, birgə fəaliyyət planının reallaşdırılması İrana əvvəllər onun xarici hesablarında "dondurulmuş" 4,2 milyard dolları almağa kömək edəcək.
Amerika diplomatiyasının rəhbəri bildirmişdi ki, xarici aktivlər İrana altı ay ərzində hissə-hissə müntəzəm çatdırılacaq. Birgə fəaliyyət planının həyata keçirilməsi məhz bu müddətə hesablanıb.
Con Kerri vurğulayıb ki, axırıncı hissə ən sonuncu günədək İrana verilməyəcək. Fevralın əvvəlində İran bu vəsaitlərin 550 milyon dollarını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB