Cənubi Koreyada gəmi qəzasından xilas edilən şəxs özünü asıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyada iki gün əvvəl baş verən gəmi qəzasında itkin düşən tələbə qrupunun rəhbəri intihar edib. Səlahiyyətlilərin yaydığı məlumata əsasən, tələbələri ilə birgə gəmidə səyahətə çıxan qrup rəhbəri qəzadan sonra aparılan axtarışlar nəticəsində xilas edilən 179 nəfərdən biridir. Adı açıqlanmayan qrup rəhbəri xilas edildikdən sonra yerləşdirildiyi Jindo adasındakı ağacların birindən özünü asıb. Onun intihar səbəbi kimi gəmidə səyahət edən bütün tələbələrinin qəzada ölməsi göstərilib.
Qeyd edək ki, göyərtəsində 472 nəfər olan "Sevol" adlı gəmi İnçxon limanından Çedju adasına doğru hərəkət edirkən qəzaya uğrayıb. Gəminin sərnişinlərinin əsas hissəsi tələbələr olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB