Abdullah Gül: “Gələcəyə yönəlmiş hər hansı bir siyasi planım yoxdur”

Abdullah Gül: “Gələcəyə yönəlmiş hər hansı bir siyasi planım yoxdur”

"Hazırda prezident olduğum üçün bəzi mövzularda açıq danışa bilmirəm". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə Prezidenti Abdullah Gül jurnalistlərə verdiyi açıqlamasında deyib.

"Bugünkü şərtlər çərçivəsində gələcəyə yönəlmiş hər hansı bir siyasi planım yoxdur"- deyən, A.Gül vurğulayıb ki, Türkiyə kifayət qədər inkişaf etmiş bir ölkədir və onun gələcəyi daima parlaq olacaq".

Qeyd edək ki, bir müddət bundan qabaq hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Əli Şahin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsindən sonra hazırkı dövlət başçısı Abdullah Gülün Baş nazir postunu tuta biləcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə