Yanukoviç Donetskə gedir

Ukraynanın Regionlar Partiyasının təmsilçiləri devrilmiş prezident Viktor Yanukoviçin Pasxa bayramında ölkəyə geri dönəcəyini istisna etmirlər. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, artıq Yanukoviç bazar günü, aprelin 20-də Pasxa bayramına qatılmaq üçün Donetsk şəhərinə gedəcək. Ukrayna mətbuatı isə onun Ukraynaya səfər edəcəyi təqdirdə həbs olunacağını bəyan edib. Artıq güc strukturlarının bu istiqamətdə hazırlıq tədbirləri gördükləri də verilən xəbərdə yer alır.

Xatırladaq ki, keçmiş prezident ölkənin yeni rəhbərliyi tərəfindən İnterpol vasitəsilə beynəlxalaq axtarışa verilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə