Almatıda I Avrasiya Biznes Forumu işə başlayıb

Almatıda I Avrasiya Biznes Forumu işə başlayıb

Almatıda I Avrasiya Biznes Forumu işə başlayıb. Forumda 20-dən artıq şirkətdən 150–dək nümayəndə, diplomatik nümayəndəliklərin və ictimai təşkilatların təmsilçiləri iştirak edirlər.
Forumda real innovativ ideyaların həyata keçirilməsi, habelə biznes və sahibkarlığın inkişafı, iqtisadi inteqrasiya məsələləri müzakirə edilir.
Avrasiya Biznes Forumu xarici ölkələrdən tərəfdaşlar və yeni müştərilər tapmaq baxımından əhəmiyyətli bir tədbirdir.
Forumun açılışında Avrasiya İqtisadi Komissiyasının nümayəndəsi Timur Süleymanov, Avrasiya Biznes Forumunun təşkilat komitəsinin sədri Kuanış Dautov çıxış ediblər.
Müzakirələr zamanı, həmçinin Qazaxıstanda dövlət, özəl tərəfdaşlıq modeli, nəqliyyat infrastrukturunun, iqtisadi sənayenin inkişafı, sahibkarlığın dəstəklənməsi, iqtisadi inteqrasiyanın perspektivləri, biznesin inkişafında sərmayələrin rolu, aqrar-sənaye kompleksinin inkişafı, innovativ ideyalar və s. aktual məsələlər diqqət mərkəzində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə