"Dnestryanı və Ukrayna sərhədi arasında millətçilərin silahlı qruplaşmaları toplaşıb və bu vəziyyət şübhəsiz ki, dayandırılmalıdır". SİA-nın xəbərinə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu bölgədə yaşayan əhaliyə öz taleyini həll etməsi üçün imkan yaradılmalıdır: "Dnestryanı çox mürəkkəb problemdir. Orada çoxlu sayda rusiyalı yaşayır və onların əksəriyyəti Rusiyaya meyillidir. Onların öz taleləri barədə öz düşüncələri var. Demokratiya onlara istədikləri kimi yaşamaq hüququ verir. Moldova, Dnestryanı ilə danışıqları davam etdirmək lazımdır. Son nəticədə insalara öz talelərini həll etmək üçün icazə verilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB