Putin: “Ukrayna ilə qarşılıqlı anlaşma tapacağıq”

Putin: “Ukrayna ilə qarşılıqlı anlaşma tapacağıq”

"Ümid edirəm Ukraynada başa düşəcəklər ki, Rusiya Krımda başqa cür hərəkət edə bilməzdi". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri rusiyanın prezidenti Valdimir Putin bu gün canlı yayımda vətəndaşların sullarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, dövlətlərarası münasibətlər çərçivəsində RF və Ukrayna qarşılıqlı anlaşma əldə etməyə nail olacaqlar: "Biz hamımız müəyyən emosiyaların təsiri altındayıq. Lakin əgər biz bir-birimizi sevir və hörmət ediriksə, bir-birimizi başa düşməyin yolunu tapmalıyıq. Düşünürəm ki, bir ailə çərçivəsində bunu etmək asandı, nəinki dövlətlər çərçivəsində. Lakin əminəm ki, hətta dövlətlərarası münasibətlər çərçivəsində biz Ukrayna ilə qarşılıqlı anlaşma tapacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə