İsveç əhalisinin sayı on milyondan çox olacaq

İsveç əhalisinin sayı on milyondan çox olacaq

Üç ildən sonra İsveç əhalisinin sayı on milyondan çox olacaq.
İsveç Mərkəzi Statistika Bürosunun (MSB) bu proqnozları yaxın günlərdə dərc edilib. Büro bildirir ki, 2060-cı ildə İsveç əhalisinin sayı 11.800.000 nəfər, yəni indikindən təxminən 2 milyon nəfər çox olacaq.
MSB tərəfindən təqdim edilmiş məlumata görə, ölkə əhalisinin sayının artmasına şərait yaradan əsas amil immiqrasiyadır. Büronun hesablamalarına əsasən, təkcə bu il İsveçə 127.000 nəfər miqrant gələcək.
Lakin gözlənildiyinə görə, həmin müddətdə 53.000 nəfər İsveçdən mühacirət edəcək. MSB ekspertlərinin proqnozlarına görə, İsveçdən mühacirət edəcək şəxslər bu ölkədə doğulanlar deyil, miqrantlar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə