İran və Türkiyə ticarət dövriyyəsinin həcmindən narazıdır

İran və Türkiyə ticarət dövriyyəsinin həcmindən narazıdır

Türkiyənin inkişaf naziri Cevdet Yılmazın Tehrana səfəri zamanı keçirilmiş hökumətlərarası komissiyanın 24-cü iclasında iki qonşu ölkə arasında ticarət əlaqələrinin möhkəmlənməsi üçün gömrük və vergi sahəsində bir sıra addımlar atılmasının zəruriliyi vurğulanıb.
İranlı həmkarı Mahmud Vaizi ilə görüşən türkiyəli nazir deyib ki, iki ölkənin əhalisinin sayı 150 milyondan, vətəndaşlarının alıcılıq qabiliyyəti isə 2 trilyon dollardan çoxdur. Türkiyənin İranla ticarət dövriyyəsinin həcmi 2002-ci ildəki 1,2 milyard dollardan 14,6 milyard dollara yüksəlsə də, hələ istifadə olunmamış güclü potensial mövcuddur. Ötən il İran Türkiyənin ixracatında onuncu, idxalatında isə altıncı yeri tutub. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı ticarət həcmini 30 milyard dollara çatdırmaq hədəfi qoyulub. Bunun üçün ilk növbədə qarşılıqlı sərmayələrin həcmi artırılmalıdır.
Türkiyəli nazirin Tehrana səfəri çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum da keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə