Dövlət Departamenti ABŞ vətəndaşlarına Krım və Ukraynanın cənubi-şərqinə səfər etməməyi tövsiyə edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına Krım və Ukraynanın cənubi-şərqinə səfər etməməyi tövsiyə edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına Krım və Ukraynanın cənubi-şərqindəki Xarkov, Donetsk və Luqansk şəhərlərinə səfər etməməyi tövsiyə edib. Bu barədə Departamentin rəsmi açıqlamasında bildirilir.

"Dövlət departamenti ABŞ vətəndaşlarını, Krım yarımadası və Xarkov, Donetsk, Luqansk vilayətləri daxil olmaqla, Ukraynanın bir sıra regionlarına səfərlərini təxirə salmağı tövsiyə edir" – sənəddə deyilir.

Səbəb kimi əraziyə Rusiya hərbi qüvvələrinin yeridilməsi göstərilir. Bəyanatda Rusiya hərbçilərinin Ukraynanın şərqində keçirilən etiraz aksiyalarında iştirakı vurğulanır və Krımda bir sıra ABŞ vətəndaşının saxlanılması diqqətə çatdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə