Türkiyənin baş naziri İraqın şimalındakı regional idarə heyətinin rəhbəri ilə görüşüb

Türkiyənin baş naziri İraqın şimalındakı regional idarə heyətinin rəhbəri ilə görüşüb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı regional idarə heyətinin rəhbəri Neçirvan Bərzani ilə görüşüb.

Liderlərin danışıq gündəliyində enerji əməkdaşlığı olub. Həmçinin boru kəməri ilə neftin nəqli, Suriyadakı vəziyyət, yeni NBM-lərin açılışı, eləcə də iqtisadi və ticari sazişlər müzakirə olunub.

Neçirvan Bərzani martın 30-da keçirilmiş bələdiyyə seçkilərindən sonra Türkiyəyə ilk dəfə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə