Dünyanın ilk "Ağıllı yolu" istifadəyə verilir

Dünyanın ilk "Ağıllı yolu" istifadəyə verilir

Dünyanın ilk ağıllı yolu istifadəyə verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən yol Hollandiyada inşa edilib. Belə ki, öz ağıllı zəkası ilə hər kəsi heyrətləndirən yol avtomobilləri qəzadan müdafiə etmək iqtidarında olacaq. Gündüzlər günəşdən aldığı elektrik enerjisi ilə gecələr ətrafı işıqlandıran fosforlu yolda elektriklə işləyən maşınların da enerji ala bilməsi mümkündür. Ağlasığmaz özəllikləri bununla kifayətlənməyən yolda eyni zamanda sürücülər mövcud hava durumu ilə də məlumatlana biləcəklər.

Qeyd edək ki, sözügedən "Ağıllı yol" layihəsi Hollandiyalı alimlərə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə