Rusiyameylli qüvvələr Slavyanskdan geri çəkilir MÜNAQİŞƏ

Rusiyameylli qüvvələr Slavyanskdan geri çəkilir MÜNAQİŞƏ

Ukraynanın hərbi-siyasi araşdırmalar mərkəzinin direktoru Dmitri Tımçuk bildirib ki, ölkənin Şərqində – Slavyansk şəhərində yerləşən rusiyameylli özünümüdafiə dəstələri oradan geri çəkilməyə başlayıblar. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, artıq onlara bu barədə əmr də verilib.

"Slavyanskda yerləşən təxribatçı dəstələrə bu gecə siqnal daxil olub ki, onlar şəhərdən kənara çıxsınlar"-deyə məlumat verən Tımçuk onu da bildirib ki, hazırda Ukraynanın antiterror gücləri təxribatçıların saxlanılması istiqamətində əməliyyata başlayıblar və şəhər mühasirəyə alınıb.

Xatırladaq ki, Ukrayna silahlı qüvvələri ölkənin Şərqinə doğru ağır texnikalar və xüsusi təyinatlı əsgərlərini yerləşdirib. Hazırda əməliyyatlar davam edir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə