Çexiya “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin növbəti zirvə görüşünə ev sahibliyi edəcək
"Şərq Tərəfdaşlığı" Proqramının üzvü olan ölkələrin aprelin 24-25-də Praqada keçiriləcək növbəti zirvə görüşünə Avstriya, Polşa, Slovakiya, Macarıstan, Moldova, Gürcüstan və Ermənistan prezidentləri qatılacaqlar. Postsovet məkanındakı bir sıra dövlətlərin Avropa İttifaqı ilə siyasi və iqtisadi yaxınlaşmasını nəzərdə tutan "Şərq Tərəfdaşlığı" layihəsinin əsası 2009-cu ildə Çexiyanın Aİ-yə sədrliyi dövründə qoyulub.
Çexiya Prezidenti Administrasiyasının mətbuat katibi İrji Ovçaçek bildirib ki, Ukrayna nümayəndələrinin görüşdə iştirakı məsələsi hələlik həll edilməyib. Daha əvvəl Ukraynanın rəsmi nümayəndələrinin Çexiya paytaxtına dəvət olunması ilə bağlı fikir ayrılığı yaranmışdı.
Əvvəlcə Praqaya Ukrayna prezidenti Viktor Yanukoviç dəvət olunmuşdu. Bəzi siyasətçilər bu dəvəti tənqid etmişdilər. V.Yanukoviç devrildikdən sonra Praqa Qradından bildirmişdilər ki, Çexiya paytaxtı Ukraynanın ən yüksək vəzifəli nümayəndəsini gözləyir. Hazırda həmin şəxs Aleksandr Turçinovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB