NATO-nun baş katibi Rusiyanı Ukraynadakı rusmeyilli qrupları dəstəkləməməyə çağırdı
Avropa Birliyi xarici işlər və müdafiə nazirləri Lüksemburqda bir araya gəliblər. SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, toplantıya qatılan NATO-nun baş katibi Andres Foq Rasmussen Ukraynanın şərqində rusmeyilli qrupların hərəkətlərinə görə Rusiyanı günahlandırıb.
NATO baş katibi bildirib ki, Ukraynada baş verən hadisələrdə Rusiyanın əlinin olduğu çox açıqdır: "Biz Ukraynadakı son hadisələrdən çox narahatıq. Ona görə də Rusiyanı vəziyyəti daha da gərginləşdirməməyə, əsgərlərini Ukrayna sərhədlərindən geri çəkməyə, Ukrayna daxilində qeyri-sabit vəziyyət yaratmağa meyilli fəaliyyətinə son qoymağa çağırırıq".
Rəsmi Moskvanın açıqca Ukraynadakı rusmeyilli qrupları dəstəkləmədiyini elan etməyə çağıran Rasmussen deyib ki, Rusiya problemi dərinləşdirməyə yox, həll etməyə çalışmalıdır: "NATO Ukrayna böhranına hərbi müdaxilə etməyəcək Ancaq üzvlərimizi təhlükəsizliyini gücləndirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB