İsrailin xarici işlər naziri Aviqdor Liberman aprelin 30-da Bakıya səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Xarici İşlər Nazirliyindən məlumat verilib.
A.Libermanın rəhbərlik edəcəyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın ali rəhbərliyi ilə görüşəcək. Görüşlərdə kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar və müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərinin, habelə Azərbaycanla İsrail arasında gediş-gəlişin asanlaşdırılması kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB