ATƏT Ukrayna ilə bağlı iclas çağırıb

ATƏT Ukrayna ilə bağlı iclas çağırıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edən İsveçrə səhər Ukraynanın şərqində yaranmış vəziyyəti müzakirə etmək üçün təşkilatın Daimi Şurasının plandankənar iclasının çağırıldığını elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iclas bu gün (yerli vaxtla) saat 16:00-da keçiriləcək.

Xatırladaq ki, son günlər Ukraynanın şərqində yerləşən Donetsk, Xarkov və Luqansk vilayətlərində federallaşma tərəfdarları mitinqlər keçirərək öz regionlarının statusu haqqında referendumun keçirilməsini tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə